1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə"nin legioneri: "Bu, balet deyil, futboldur"
"Qarabağ"ın Azərbaycandakı mövqeyi və necə komanda olması hamıya bəllidir. Ağır oyun olacağını gözləyirdik. Belə də oldu. "Qarabağ" həftəiçi Çempionlar Liqasında mübarizə aparmışdı. Ona görə də bir qədər yorğun idilər. Bu amildən yararlandığımızı düşünürəm. Belə bir komandadan bir xal qopara bildiyimiz üçün məmnunam".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin futbolçusu Qabriel Matey səfərdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. Rumıniyalı müdafiəçi bildirib ki, "Qarabağ"ın arxa xətt oyunçularının hansı keyfiyyətə malik olmaları hamıya bəllidir. O,oyun zamanı vaxtaşırı irəli atılmasını baş məşqçi Ayxan Abbasovun taktiki gedişləri ilə əlaqələndirib: "Deməzdim ki, sırf cinah yarımmüdafiəçisi kimi oynayırdım. Müdafiəyə daha çox kömək edirdim".
Matey epizodların birində gözünün altının qaralmasında ciddi problem görmədiyini də vurğulayıb: "Futbolda belə hallar baş verir. Bu, balet deyil, futboldur. Futbol sırf kişilərin mübarizə aparmalı olduğu idman növüdür. Həmin epizoda referi reaksiya vermədisə, problem deyil. Bu, futbolda olan haldır. Əslində belə situasiyalar sarı vərəqə ilə nəticələnməlidir. Lakin baş hakim buna reaksiya vermədi. Bu da əsəblərimə təsir etdi. Ona görə də həkimlərimizin üstünə qışqırdım".
Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçını Rauf Cabbarov idarə edib.