1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elton Yaqublu: "Ona bir-iki söz dedim" - MÜSAHİBƏ
"Səbail"in kapitanı Elton Yaqublu "İnter"ə evdə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. 26 yaşlı müdafiəçi komanda yoldaşı Mauro Jarjue ilə mübahisəsindən də danışıb...
- "İnter"dən ilk dövrədəki məğlubiyyətin revanşını ala bildiniz?
- Bu komandaya ilk dövrədə 0:1 hesabı ilə uduzmuşduq. Son 2 görüşümüzdən də məğlub ayrılmışdıq. Ona görə də üzərimizdə məsuliyyət böyük idi. Qalib gəlmək istəyirdik. Baş məşqçi Samir Əliyev həftə boyunca məşqlərdə yalnız qələbənin vacibliyini deyirdi. Əlimizdən gələni etdik, aralarında mən də olmaqla, bütün futbolçular güclərini qoydular və qalib gəldik. "İnter" kimi komandanı yenmək sevindiricidir.
- "İnter"də maddi-psixoloji durumun qaydasında olmaması qələbənizdə rol oynadı?
- Biz də eşitmişik ki, "İnter"də maliyyə problemləri var. Amma buna görə uduzduqlarına inanmıram. Çünki hamısı peşəkar futbolçular, tanıdıqlarımızdır. Maddi vəziyyət futbolçulara hardasa təsir edə bilər, amma bunu meydanda hiss elətdirmədilər. Əksinə, daha aqressiv idilər. Onlar da qalib gəlmək istəyirdilər. Amma biz layiqli qələbə qazandıq.
- Oyun ərzində tez-tez komanda yoldaşlarına qışqırırdın. Nədən narazı idin, səni nə qane etmirdi?
- Oyunboyu əsəbi deyildim. Sadəcə, "Neftçi" ilə qarşılaşmada bütün epizodlarda rahatlıqla uduzurduq. Bu, keçmiş komandama qarşı çıxış etmədiyim üçün deyildi. Çalışırıq ki, komandadaxili ab-havanı, aqressivliyi qoruyaq, rahat uduzmayaq. Nə olsun ki, "Səbail" Premyer Liqaya yenicə vəsiqə qazanıb və hər gələn komanda bizi udub gedə bilər. Mən də bu məsuliyyəti dərk edir və komanda yoldaşlarıma bildirmək istəyirəm ki, qalib gəlməliyik. Biri orda, biri burda səhv etsin, məğlubiyyəti vecimizə almayaq, bunları qəbul edə bilmərəm. Baş məşqçimiz özü aqressiv olduğu kimi, futbolçuların da belə olmasını istəyir. Mənə tapşırıb ki, komandanın üstündə ol. Komandada futbolçulara sözü mən deyə bilərəm. Ən aşağı orta yaş bizdədir. Komanda yoldaşlarını kimsə ayıltmalıdır. Bu, sadəcə, qışqırmaq, bağırmaq deyil. Sadəcə, qalib gəlmək istəyindən irəli gələn haldır. "İnter" üzərində qələbədə bu amilin də rolu hardasa oldu.
- Belə iddialar var ki, "Səbail" rəhbərliyi ilə dost olduğun üçün komanda daxilində istədiyini edirsən...
- "Səbail" rəhbərliyi mənim dostum və ya tanışımdırsa, bu, o demək deyil ki, kiminsə üstünə qışqırmalıyam. Məni tanıyan hər kəs bilir ki, bundan istifadə edəcək, komanda yoldaşlarımın üstünə qışqıracaq qabiliyyətdə insan deyiləm. Əksinə, bütün uşaqlarla münasibətlərim əladır. Xüsusən, legionerlərlə münasibətlərimin necə olduğunu onların özləri də gözəl bilirlər. Əlavə olaraq, özüm onlarla görüşürəm. Restoranda otururuq. Çalışıram ki, ab-havanı saxlayım. Bu gün "Bir az ciddi ol. Belə oynamaq olmaz" deyə Nurlan Novruzovun da üstünə qışqırdım. O da dərhal "Oldu" cavabını verdi. Legioner mənə cavab qaytarırsa, bəlkə səhv məndədir, meydanın kənarından başqa cür görünür, deyə bilmərəm. Baş məşqçimiz ya məni, ya da onu cəzalandıracaq.
- Samir Əliyev hər ikinizi cəzalandıracağını dedi...
- Elə isə düz deyir. Mən komandanın kapitanıyamsa, Samir müəllimin mənə göz yumacağını düşünmək düzgün deyil. "Neftçi"yə qarşı oynamamağımın səbəbi məşqə gecikməyim idi. Ona görə də cəzalandırılmışdım. Bunu normal qarşılamışdım. Belə cəza komandaya da nümunədir ki, baş məşqçi heç kimi keçmir. Nə isə etsəm, bilirəm ki, ilk növbədə, Samir müəllimdən cəza alacağam.
- Mauro Jarjueni əsəbiləşdirəcək nə dedin ki, üzünə elə qayıtdı?
- Nə dedim ki? Mən bir neçə futbol terminindən başqa ümumiyyətlə, ingiliscə bilmirəm. O da azərbaycanca başa düşmür. Mauroya bir-iki söz dedim. Həmin epizoddan əvvəl o, topu irəli vurmuşdu. Mən də Jarjueyə irad tutmuşdum. Onunla başqa bir problemim yoxdur. Sadəcə, istəyirəm ki, qalib gələk, o da səhvsiz oynasın. Cəmi 18 yaşı var. Komandanın ən perspektivli futbolçusudur. Uşaqlar tərcümə edəndə ona deyirəm ki, yaxşı oyna, daha güclü komandalar götürsünlər. Müdafiəçi kimi həm boyu, həm də sürəti var. Futbolçularla əsasən, belə şeylərdən danışıram ki, ab-hava yaxşı olsun. Amma o, mənim dediklərimi qəbul etmədi. Videotəkrara bir daha baxacağıq. Mənə də maraqlıdır ki, necə oldu. Əl atdığını hiss etdim. Bundan sonra səbr etdim ki, kamera çəkir, canlı yayımdır.
- Paltardəyişmə otağında bu barədə danışdınız?
- Samir müəllim danışdı. Sakitləşməyimizi istədi. Bir-birimizi əlini sıxdıq. Cəza da nə münasibdirsə, olacaq. Mən söz sahibi deyiləm, komandanın baş məşqçisi var. 7 oyunda komandanı kapitan kimi meydana çıxardığım halda, ötən tur ehtiyatda oturmuşdum. Bu, baş məşqçinin komandada söz sahibi olmasını göstərir. Mən bunu belə dəyərləndirərdim.