1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tsxadadze azarkeşlərdən razı, stadiondan narazı qaldı
"Bu cür meydanda baxımlı futbol haqqında danışmaq mənasızdır. Futbolçulara həmişə demişəm ki, yaxşı meydançada güclü olmaq əsas deyil. Əgər həqiqətən də rəqibdən güclüsənsə, bunu həm yaxşı meydançada, həm də ağır meydançada göstərməlisən". Sportnet.az-ın məlumatına görə, bunu "İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze "Araz Naxçıvan"la səfər matçından sonra deyib.
Gürcüstanlı mütəxəssisin fikrincə, "Araz Naxçıvan” meydanın ot örtüyünü yaxşılaşdırmalıdır ki, oyuna gələn azarkeşləri də komandanın oyunundan həzz alsınlar. Çünki bu zaman futbolçular daha yaxşı oyun göstərərlər. Tsxadadze oyuna 7000-dən çox tamaşaçının gəlməsindən məmnun olduğunu da əlavə edib.
Matça gəlində, baş məşqçi qələbədə cinah oyunçularının rolunu xüsusi vurğulayıb: "İkinci hissədə 3 mərkəz müdafiəçisi ilə oynadıq və cinahlardan hücuma qoşulan oyunçuların dəstəyi ilə rəqibin qapısına yol tapa bildik. Bu, görüşün ən vacib anı idi. Komanda bu gün əzmkar oyun göstərdi, mübarizə apardı, futbolçular komanda ruhunu, qələbə qazanmaq istəyini ortaya qoydular. Ötən turdakı məğlubiyyətdən sonra qələbə qazanmalıydıq. Bunu bacardığımız üçün şadam”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının stadionunda keçirilən matç "İnter"in qələbəsi ilə yekunlaşıb - 3:1.