Belçikanın "Anderlext" klubunun futbolçusu Nikolae Stanku Türkiyə "Fənərbağça"sının təklifini rədd edib.
Sportnet.az-ın "Pro Sport"a istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçiyə təklif cari mövsümün əvvəllərində ünvanlanıb. "Fənər" ona hazırkı maaşının 2 qatını ödəməyə hazır olduğunu bildirib. Lakin rumıniyalı Stanku "Anderlext"də qalmağı üstün tutub.
Qeyd edək ki, Nikolae Stanku ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə qarşı forma geyinib.