
2017-2018 mövsümündə Türkiyə Super Liqasında 7 baş məşqçi komandalardan ayrılıb.
Sportnet.az xəbər verir ki, bu nəticəyə görə Türkiyə çempionatı Avropanın 5 böyük futbol ölkəsini (Almaniya,Fransa,İngiltərə, İspaniya,İtaliya) arxada qoyub.
Bu göstəricidə Türkiyəyə ən yaxın olan ölkə 4 baş məşqçi dəyişdirən İspaniyadır. İngiltərədə 3, İtaliya və Almaniyada 2, Fransada isə 1 baş məşqçi dəyişikliyi baş verib.