"Zirə"nin futbolçusu Təmkin Xəlilzadə "Qəbələ"yə evdə 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının X tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə o, öncə oyun haqqında fikirlərini bölüşüb:
"Bu oyunun ağır keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq. "Sumqayıt”a məğlub olmuşduq. Bu gün istədiyimiz nəticəni əldə edə bildik."
- Biz səni həmişə sakit görmüşük. Rəqib futbolçularla mübarizədə sanki bu gün biraz aqressiv idin. Bu nə ilə bağlı idi?
- Bu oyunla bağlı idi. Bu matçda qələbə qazanmaq istəyirdik. Bəzi fürsətlər olur yararlana bilmirik. Hesab da bizi qane edirdi. Mən belə halları normal qarşılayıram.
- Hakimin idarəçiliyindən necə razısanmı? Rəqib sanki razı deyildi...
- Bilmirəm rəqib bu haqda nə deyib. Mənim fikrimcə hakim oyunu yaxşı idarə elədi.
- Hakim Cavidi rəqibi vurduğuna görə meydandan qovdu ancaq səni yox...
- Cavidlə mənim epizodum arasında çox fərq var. O bizim futbolçunu bilərəkdən vurdu. Mənim epizodumda isə rəqib məni itələdi, məndə ona dəydim. Yüngül qayda pozuntusudu. Futbolda belə hallar olur. Məncə sarı vərəqə düzgün qərar idi. Qırmızı vərəqə alsam yersiz olardı.
- İkinci hissədə "Zirə” sanki geriyə çəkildi bu nə ilə bağlı idi. "Qəbələ” 10 nəfərlə mübarizə aparırdı. Siz isə əks hücumlara üstünlük verirdiz.
- İkinci hissədə bizim də real qol epizodlarımız oldu. Rəqibin itiriləsi heç nəyi yox idi. Vurduqları qol onlara əlavə motivasiya verdi. İkinci qolu vurmaq üçün irəli atıldılar. Biz bu səbəbə görə müdafiəyə çəkildik. Əks hücümlara bel bağladıq. Fürsətlərdən istifadə edə bilmədik. Hesab başqa cür ola bilərdi.
- Prosineçki milli komandadan ayrılır. Kimi baş məşqçi kimi görmək istərdin.
- Millimiz üçün həmişə canımızı verməyə hazırıq. Yığmada çıxış etmək hər futbolçuya nəsib olmur. Bu suala mənim cavab verməyim yaxşı çıxmaz. Bizim böyüklərimiz var. Millinin başında duranlar var. AFFA millimiz üçün ən xeyyirlisini edəcək.