
"Real Madrid" komandası İspaniya La Liqasının X turunda debütant "Jirona"ya uduzub. Sportnet.az-ın məlumatına görə, səfərdə keçirdiyi qarşılaşma "kral klubu"nun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Hesabı 12-ci dəqiqədə qonaqların oyunçusu İsko açıb. Lakin 54-cü dəqiqədə Kristian Stuani, 58-ci dəqiqədə isə Kristian Portuges fərqlənərək, "Jirona"ya qələbə qazandırıb. Zinəddin Zidanın baş məşqçi olduğu kollektiv isə cari çempionatda ikinci məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, bu qələbə sayəsində xallarını 12-yə çatdıran "Jirona" 11-ci pilləyə yüksəlib. 20 xalı olan "Real Madrid" isə "Atletiko" ilə birgə 3-4-cü yerləri bölüşür. Turnir cədvəlinə 28 xalı olan "Barselona" başçılıq edir. "Valensiya" isə 24 xalla 2-cidir.