1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qabi: “Qarabağ”la qarşılaşmada yaxşı oynamamışdıq"
Çempionlar Liqasının qrup mərhələsində sabah "Qarabağ”ı qəbul edəcək "Atletiko”nun futbolçusu Qabi oyunöncəsi mətbuat konfransında iştirak edib. Sportnet.az-ın məlumaına görə, ispan futbolçu öncə matçla bağlı fikirlərini bildirib:
- Sabah Bakıdakından fərqli "Atletiko” görəcəyik?
- Başqa nəticə gözləyirik. İlk oyunda "Qarabağ” bütün gücünü ortaya qoydu. Yaxşı oyun sərgilədi. Sabah isə tam fərqli olacağını düşünürəm.
- "Qarabağ”ın demək olar, bütün mövqelərdə itkiləri var. Bu, sizin üçün nəyisə dəyişir?
- Əlbəttə, yox. "Qarabağ”ın hansı heyətlə çıxacağını bilmirik. Ancaq bu, bizim üçün heç nəyi dəyişməyəcək. Eyni əzmkarlıqla bu oyuna çıxacağıq.
- İki dəfə ÇL finalı oynasanız da, sabah qalib gəlməyəcəyiniz təqdirdə, növbəti mərhələyə adlamaya bilərsiz. Sabahkı qarşılaşmanı sizin üçün ən vacib oyun adlandırmaq olar?
- Əlbəttə, ən vacib oyun deyil. Bundan da vacib oyunlar keçirmişik. Ancaq sabah qalin gəlmək üçün var qüvvəmizi ortaya qoyacağıq.
- Son oyunlarda qalib gəlmədiyinizə görə geniş tənqidlərə məruz qalırsız. Bu barədə nə deyə bilərsiz?
- Tənqidləri qəbul edirik. Bütün gücümüzü bu vəziyyəti dəyişmək üçün istifadə edəcəyik.
- Bu gün burda yox, köhnə stadionda məşq etdiniz. Bunun sizin üçün bir fərqi oldumu? Sabahkı oyundan nə gözləyirsiz?
- "Visente Kalderon”a qayıtmaq xüsusi bir hissdi. Ancaq "Vanda Metropolitano” stadionunda da yaxşı nəticələr qazanmalıyıq. Vaxtilə "Visente Kalderon”da da pis nəticələrimiz olmuşdu. Çalışıb, burda da yaxşı nəticələr qazanmağa başlamalıyıq.
- "Elçe” ilə oyundan sonra komanda ilə bağlı neqativ fikirlər səsləndirildi…
- Hərənin öz fikri var. Son oyunların ardından tənqidlər normaldı. Biz isə çalışırıq ki, bu vəziyyəti düzəldək.
- Keçən illə müqayisədə nəticələr bir xeyli zəifdi. Bunu oyunçu çatışmazlığı ilə bağlamaq olar?
- Xal fərqi o qədər də çox deyil. "Çelsi” ilə matçın son dəqiqələrində qol buraxdıq. "Roma” ilə matçda isə üstün tərəf idik. Yalnız "Qarabağ”la qarşılaşmada yaxşı oynamamışdıq.