1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin baş məşqçisi planlarını açıqladı
"Zaqreb və Belqradda baş məşqçi yeri boşalan kimi mətbuat məni önə çəkir”.
Sportnet.az xəbər verir ki, bunu "Veçernji list”ə müsahibəsində futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Serbiya yığmasının sükanı arxasına keçəcəyinə dair iddialara münasibət bildirərkən deyib.
48 yaşlı mütəxəssis bildirib ki, Balkan yarmadasında işləmək istəmir. Xorvatiyalı baş məşqçi planlarında Avropa klublarında çalışmaq olduğunu söyləyib: "Açığı, bu söhbətlərdən yorulmuşam. Nəsə söyləsəm, müzakirələrə yol açacaq. Qoy, hamı bilsin, heç bir milli komanda ilə əlaqəm yoxdur. Məndən nə vaxt soruşublarsa, cavabım "yox” olub. Adımı hallandıranların hamısına təşəkkür edirəm. Amma Serbiya yığmasında olmayacağam. Balkanlarda iş təcrübəm çoxdur. Planlarımda Avropa klublarında çalışmaq var”.
R.Prosineçki hesab edir ki, özündə emosiyalar daşıyan Balkan mentaliteti onun həyatında böyük təzyiq yarada bilər. Bu səbəbdən, təcrübəli mütəxəssis karyerasını fərqli bölgədə davam etdirməyi düşünür: "İşini gözəl yerinə yetirən insanla necə danışmağı bilirəm. Amma həmin şəxslər hələ də mənim Kayseridən Bakıya gəlməyimə gülürlər. Halbuki Azərbaycanda təzyiqlərdən uzağam. Serbiyada ömürlük dostluq münasibəti qurduğum insanlar var. Lakin yenə də təkrar edirəm, bu bölgədə işləmək istəmirəm”.
Qeyd edək ki, Serbiya millisi 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazansa da, baş məşqçi Slavolyub Muslin istefaya göndərilib. Bu vəzifə müvəqqəti olaraq, Mladen Krstayiçə tapşırılıb. S.Muslini əvəzləyəcək mütəxəssislər sırasında Robert Prosineçkinin də adı hallanır. R.Prosineçkinin AFFA ilə üç illik müqaviləsinin müddəti dekabrda başa çatır. Tərəflər artıq əməkdaşlığı davam etdirməyəcəklərini açıqlayıblar.