Tofiq Bəhramov adına Respublika stadionu "Qarabağ" və Fransa "Sent Etyen"i arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin ilk tur oyununa tam hazırdır. Bu barədə Sportnet.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
İsmayılovun sözlərinə görə, bu gün UEFA nümayəndəsi, "Qarabağ" və stadion rəhbərliklərinin iştirakı ilə iclas keçirilib. Toplantıda meydanın ot örtüyünün lazımi tələblərə cavab verdiyi və oyun keçirmək üçün heç bir problemin qalmadığı vurğulanıb. Artıq sabah səhər xətlər çəkiləcək və axşam saatlarında komandalar məşqə çıxacaqlar.
Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək "Qarabağ" - "Sent Etyen" matçı saat 21:00-da başlanacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |