1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Belə şəraitdə oynamaq çətindir"
"Premyer Liqa təmsilçisi ilə oynamağımıza və uduzmağımıza baxmayaraq, komandadan razı qaldım".
Sportnet.az xəbər verir ki, bunu MOİK-in baş məşqçisi Aqil Məmmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Keşlə”yə 0:3 hesablı məğlub olduqları görüşdən sonra söyləyib.
45 yaşlı mütəxəssis deyib ki, səviyyə fərqi öz sözünü deyib: "Öz səhvlərimizdən uduzduq. "Keşlə" real qol vəziyyəti yaratmadı. Amma ustalıq özünü göstərdi. Pis oynamadıq. Meydanın vəziyyətinə gəlincə, bizim üçün də belə şəraitdə oynamaq çətindir. Sadəcə, başqa variant yoxdur. Uşaqlar bu meydanda oynayırlarsa, sağ olsunlar. Burada zədələnmək çox asandır".