Onun sözlərinə görə, komanda üzvləri iyunun 12-də Bakıda toplaşacaq və bundan bir həftə sonra Avstriyaya yollanacaqlar. Hazırlıq prosesinin nə qədər davam edəcəyi iyunun 23-də atılacaq püşkün nəticəsindən asılı olacaq. "Qarabağ" ilk oyununu səfərdə keçirməli olsa, komandamız toplanışdan birbaşa görüş məkanına yollanacaq. Matç Bakıda olsa, Ağdam klubunun hazırlıq prosesi 3 həftəyədək davam edəcək. Toplanış müddətində "Qarabağ"ın 5-dək yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu iyulun 16-17-də, cavab görüşünü isə iyulun 23-24-də keçirəcək.