Dünən Avropa Liqasının F qrupu çərçivəsində Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Dnepr" - "İnter" oyununda yeganə qolun müəllifi olmuş Danilo D`Ambrozio qrupdakı digər rəqiblərə mesaj göndərib.
Sportnet.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan klubuna "Torino"dan gəlmiş forvard qrupun növbəti oyunlarında da qol vuracağını deyib:
"Mənim üçün kiminlə oynadığımız vacib deyil, önəmli olan qol vurmaqdı. Bu gün "Dnepr"in qapısına yol tapmaqla "İnter"in heyətində ilk avrokubok qolumu vurdum. Bu, hələlik ən yaddaqalan qolum oldu. Ancaq qrupda hələ çox oyun olacaq və hər dəfə qol vurmağa çalışacam".
Qeyd edək ki, siyasi hadisələr səbəbindən qrupdakı klubların müraciətindən sonra qərar çıxaran UEFA "Dnepr"ə ev oyunlarını "Petrovsk Arena"da yox, paytaxt Kiyevdəki "Olimpiyski" stadionunda keçirməyi tələb edib.