
AFFA-nın fəaliyyətə başlamasının 25-ci ildönümü ilə əlaqədar xüsusi döş nişanları buraxılıb. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Sportnet.az-a verilən məlumata görə, döş nişanları məhdud saydadır.
Onlar bu gün İcraiyyə Komitəsinin üzvlərinə paylanılıb.
Qeyd edək ki, assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatı olan AFFA 3 aprel 1992-ci ildə dövlət qeydiyyatına alınıb.