
Şevçenkonun fikrincə, bu, ağır dövrdür, yaxşı maliyyələşmə olmadığından, böyük klublar top-oyunçular ala bilmirlər: "Bunu eniş də adlandırmaq olar. İtaliya klubları nadir hallarda Çempionlar Liqasının final mərhələsinə yüksəlirlər. Mən belə bir tendensiya görürəm. Bu ölkədə futbol mübarizə, parlaqlıq və taktiki düzülüş baxımından inkişaf edir".
Qeyd edək ki, Andrey Şevçenko "Milan"da fəal çıxış etdiyi 1999 - 2006-cı illərdə 2002-2003-cü il mövsümündə Çempionlar Liqasının, 2003-cü ildə UEFA Superkubokunun qalibi, 2004-2005-ci il mövsümündə Çempionlar Liqasının finalçısı olub.