1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Qərarı verən odur"
"Kəpəz"in oğlum Kərimlə vidalaşmasında qeyri-adi bir şey yoxdur".
Bunu Sportnet.az-a açıqlamasında Gəncə təmsilçisinin sabiq baş məşqçisi Şahin Diniyev oğlu Kərim Diniyevin komandadan ayrılmasını şərh edərkən deyib. O bildirib ki, K.Diniyev hazırda "Kəpəz"in sükanı arxasında olan Yunis Hüseynovun göndərdiyi 8 futbolçudan biridir: "Qərarı Yunis müəllim verib. Komandanın heyətini müəyyənləşdirən özüdür. Mən onun işinə qarışa və bu addımında nə isə axtara bilmərəm".
Ş.Diniyev oğlunun başqa komandaya keçmək istəyilə "Kəpəz"dən ayrıldığına dair söz-söhbətləri də təkzib edib: "Kərimin yeni komandasını siz bilirsinizsə, deyin. Mənim bu barədə məlumatım yoxdur".
Qeyd edək ki, "Kəpəz" Kərim Diniyevlə yanaşı, Ruzi Qiyaslı, Novruz Məmmədov, Azad Kərimov, Azər Məmmədov, Aydın Qasımov, Serqey Çernışev və Məhəmməd Qurbanovla da vidalaşıb.