
Fransa Liqasında 7-ci turun oyunları keçirilir. Sportnet.az-ın məlumatına görə, hesabat turunda azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus "Lans" klubu son pillədəki "Evian"ın qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 10-cu dəqiqədə Daniel Vass açıb. 31-ci dəqiqədə Conatan Mensa "Evian"ın ikinci qolunu vurub. "Lans"ın təsəlli qolunun müəllifi isə 55-ci dəqiqədə Yoann Tuzqar olub. Bu məğlubiyyətdən sonra "Lans" 7 xalla 15-ci pilləyə enib. Xallarını 4-ə çatdıran "Evian" isə 20-ci pillədə qalıb.
Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent Etyen" 7-ci turda "Bordo"nu qəbul edəcək. Sentyabrın 25-də keçiriləcək oyun saat 24:00-da başlanacaq.