
Futbol üzrə İtaliya A seriyasında 4-cü turun görüşləri keçirilir. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" hesabat turunda "Atalanta" ilə üz-üzə gəlib.
Görüş "neradzurri"nin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 40-cı dəqiqədə Pablo Osvaldo və 87-ci dəqiqədə Ernanes vurub. 30-cu dəqiqədə isə Rodriqo Palasio penaltidən yararlana bilməyib.
Bu qələbədən sonra xallarını 8-ə çatdıran "İnter" 3-cü pilləyə yüksəlib.













































































