1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin oyununda qeyri-adi qonaq - FOTOLAR
"Qəbələ"nin İsveçrə "Sürix"i ilə Türkiyənin Antalya bölgəsində keçirdiyi yoxlama oyunu zamanı meydanın kənarında matçı izləyən yaşlı qadın diqqət çəkib.
Sportnet.az-ın məlumatına görə, həmin xanımın "Sürix"in sahibi Heliana Kanepa olduğu müəyyənləşib.
Komandasının 1:0 hesablı qələbəsinə sevinən Kanepa oyundan sonra baş məşqçi Uli Forte, onun köməkçisi Sandro Çiffo və idman direktoru Tommi Bikellə söhbətləşib. Klub prezidenti Ançillo Kanepanın həyat yoldaşını tanımayanlar azarkeş olduğunu zənn ediblər. Lakin tanıyanlar xanım Kanepanın "Siqaret alüdəçisi" ləqəbini xatırladıblar. Bununla yanaşı, onun 1999-cu ildə ABŞ şirkətinin İsveçrədə ixtisara saldığı 550 nəfəri işlə təmin etdiyi yada salınıb. Məhz belə xeyirxah addımı xanım Kanepanın İlin sahibkarı seçilməsinə səbəb olub.
Heliana və Ançillo 45 ildir evlidirlər. Klubun xanım sahibi Antalyaya "Sürix"in məşq şəraiti ilə tanış olmaq üçün yollanıb. O, ərinin evdə Kuki adlı itə baxmaq üçün qaldığını açıqlayıb.
Qeyd edək ki, "Qəbələ" - "Sürix" matçında yan xətt hakimləri və ehtiyat hakim də qadın olub.