Azərbaycan I Divizionunda 4-cü tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son oyun günündə 4 qarşılaşma baş tutub.
Ötən tur texniki məğlubiyyətlə cəzalanan "Mil-Muğan” acığını "Energetik”dən çıxıb. İmişli təmsilçisi rəqibini darmadağın edib. "Neftçala” isə doğma meydanda MOİK-ə minimal hesabla qalib gəlib.
"Neftçala” - MOİK - 1:0
Qol: Habil Nurəhmədov, 15
"Energetik” - "Mil-Muğan” - 0:6
Qollar: Sabir Allahquliyev, 5. Samir Babayev, 11. Rəmzi Məmmədov, 60. Ruhid Usubov, 79, 87. Bayram Əliyev, 81
"Kəpəz” - "Şəmkir” - 0:0
"Turan” - "Ağsu” - 1:3
Qol: Qaqa Murtsxvaladze, 60. Fərmayıl Əliyev, 26. Malik Babayev, 38. Qalib Əmrahov, 90+3.
25 senytabr (çərşənbə axşamı)
"Rəvan” - "Zirə” - 3:1
Qollar: Elgün Abbaslı, 58. Vüsal Qarayev, 90+2 - Roman Kikalişvili, 8 - öz qapısına. Vüqar Əsgərov, 86
"Qaradağ Lökbatan” - "Şuşa” - 1:0
Qol: Yasin Yaqubzadə, 10
"Şahdağ” - "Bakılı” - 0:0
"Göyəzən” - "Lokomotiv” - 0:4
Qollar: Qoşqar Sarıyev, 42. Rəşad Piriyev, 44; 73; 83
Qeyd edək ki, 4 turdan sonra çempionata hərəyə 10 xal toplayan "Neftçala” və "Qaradağ Lökbatan” klubları liderlik edir.
Bombardirlər: Rəhman Musayev ("Bakılı") - 4, Elxan Məmmədov ("Bakılı") - 3, Aslan Hüseynov ("Zirə") - 3 qol