"Beşiktaş" klubunun sabiq hücumçusu Demba Ba karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Sportnet.az-ın "DHA" istinadən verdiyi məlumata görə, "Göztepe" klubunun prezidentinin vəkili Talat Papatya futbolçu barədə açıqlama verib:
"Demba Ba bu gün "Kayserispor"la qarşılaşmamızı izləyib. Daha sonra o, Fransaya gedəcək. Yanvarın 30-u İzmirə gələcək. Həmin gün onunla müqavilə imzalamağı planlaşdırırıq".
"Göztepe" klubunun baş məşqçisi də məlumatı təsdiqləyib: "Beşiktaş"ın prezidenti Fikret Ormanla danışdım. Onların hücumçu ilə görüşüb-görüşmədiyini öyrəndim. Demba Banı İzmirə dəvət etdim. Bu gün də oyunu izlədi. Həm xarakteri, həm də futbolçuluğu ilə bizə kömək edəcək".