19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Sportnet.az-ın məlumatına görə, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv "Antalyaspor”lu həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz buna qədər Kosovonun U-19 komandası ilə keçirdiyi hər iki oyunda 0:1 hesablı ilə uduzub.