"Sumqayıt”la oyundan sonra futbolçularımla söhbətim
olmuşdu. Bildirmişdim ki, komanda ev oyununda uzun müddətdir qələbə qazanmır.
Hesab edirəm ki, oyunçularım mübarizə apardılar. Sportnet.az-ın məlumatına görə,
bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "İnter"lə 1:1 hesablı
heç-heçə ilə bitən matçdan sonra deyib.
"Təyyarəçilər"in baş məşqçisi, həmçinin komandasının 70 dəqiqə onun istədiyi kimi futbol oynadığını bildirib: "İlk hissədə daha çox hücum etdik. İkinci hissədə isə mənim tapşırığıma əsasən komanda bir qədər geri çəkildi. Düşünürəm ki, 70 dəqiqə mən istəyən futbolu oynadılar. Biz ikinci hissədə rəqibə görə oynamağa başladıq. Bəzi epizodlar oldu ki, uğur qazana bilərdik. Amma alınmadı. Daha sonra bir səhv buraxdıq. Həmin səhvdən sonra rəqib qol vurdu və yekun nəticəni müəyyənləşdirdi. Artıq oyunu unutmalı və qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Bunun üçün vaxtımız var”.