Təcrübəli mütəxəssis bildirib ki, mundiala biletləri qaytarmalı olacaq. Yeni baş məşqçi bu qərarı "Mordoviya" rəhbərliyi ilə müzakirələrdən sonra deyil, şəxsən özünün qəbul etdiyini söyləyib: "Burada çətin bir şey yoxdur. Dünya çempionatına hazırlaşarkən, iyunda istirahət edəcəyimi fikirləşirdim. İndi isə mənim işim var və bütün planlarım ona tabedir. Futbol məşqçisi həmişə istirahət edə bilər".
Yuri Syomin "Qəbələ"dəki köməkçiləri Andrey Syomin və Yuri Baturenkonun "Mordoviya"da da ona kömək edəcəklərini bildirib. Qapıçılarla işləyən məşqçi isə sonradan müəyyənləşdiriləcək.