
"Bakı” qələbəsiz oyunlar seriyasına son qoyub. Sportnet.az-ın məlumatına görə, cari mövsümdə qələbə qazanmayan yeganə komanda VII turun "Araz-Naxçıvan”la qarşılaşmasında 3 xala qovuşub – 2:1.
Sonuncu qələbəsini ötən mövsümün axırıncı turunda əldə edən paytaxtın eyniadlı təmsilçisi mayın 17-də "Rəvan”a qalib gəlmişdi – 3:2. Növbəti çempionat qələbəsini 133 gün gözləyən "Bakı” bu müddətdə 5 uğursuz matç keçirmişdi. Bu qarşılaşmalarda cəmi 1 xal qazanan "Bakı"nın mövsümdəki ilk qələbəsi həm də baş məşqçi İbrahim Uzunca üçün əlamətdar olub. Türkiyəli mütəxəssis Premyer Liqada ilk dəfə 3 xala sevinib.