Topaz Premyer Liqasının XVI turunda "Səbail"in qonağı olacaq "Qarabağ” hazırlığa start verib.
Sportnet.az xəbər verir ki, ötən tur "Qəbələ” ilə oyunu zədə səbəbindən buraxan Miçel Madeyra tam sağaldaraq komanda ilə çalışmalara başlayıb. Digər zədəli futbolçu Əfran İsmayılov isə fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, fevralın 18-də keçiriləcək "Səbail" - "Qarabağ" matçı saat 17:30-da start götürəcək.