1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: “Ləzgi xəncəri ilə onun başını kəsəcəm” - MÜSAHİBƏ
PFL prezidenti Ramin Musayev "Sumqayıt” - "Neftçi” oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Matç haqqında nə deyə bilərsiniz?
- Maraqlı və sürətli oyun oldu. Bəyənilsin.
- Klub prezidentərinin dəyişiklikləri barədə fikirləriniz maraqlı olardı...
- Dəyişilməlidir. Əgər belə məsləhət görülübsə, belə də olmalıdır.
- Topaz Premyer Liqası klublarının yerdəyişməsi qəribə deyil?
- Yerdəyişmə olmadı axı. "Neftçi”nin prezidenti "Sumqayıt”a gəlsəydi, onda yerdəyişmə olardı. Bu sual mənə verilməməlidir. Klub prezidentinə verilməlidir. Əgər məsləhət görüblərsə, danışmağa ehtiyac yoxdur. Görürük ki, "Sumqayıt” yaxşı oyun sərgiləyir. Həmin insana inanırlar. Çünki "Neftçi” xalqın komandasıdır və o da həmin klubun prezidenti oldu.
- Oyundan bir gün öncə klub prezidenti postundan rəqib komandaya getməyi necə qəbul edirsiniz?
- Bir gün tez və ya gec. Nə fərqi var? Burda qəbahətli şey görmürəm.
- Tərlan Əhmədovu öz üsullarınızla cəzalandıracağınızı açıqladınız. Bu üsullar nədən ibarətdir?
- Ləzgi xəncəri ilə başını kəsəcəm. Mən ondan küsürəm. Bu da ona bəs edir. Dost dostdan necə küsür? Bunu niyə belə şişirdirsiniz? O, xətrini istədiyim bir insandır. Onun haqqında müsbət fikirlər eşitmək istəyirəm.
- Kamran Quliyev isə sizin açıqlamanızı təzyiq adlandırıb...
- Mənim açıqlamamı oxudunuz? Orda təzyiqlik nə var idi?
- Klub prezidenti belə qəbul edir...
- O, elə qəbul edə bilər. Mənim açıqlamamda kluba, futbolçulara və baş məşqçiyə təzyiq doğuran cümlə gördünüz? Deməli, bu, boş söhbətdir.
- Ölkə kuboku məsələsini soruşmaq istərdik...
- Kubokun finalı əvvəldən də deyildiyi kimi mayın 28-də olacaq və hamımız birlikdə gedəcəyik Qəbələyə.
- Böyükağa Hacıyev hazırda ağır vəziyyətdədi. Onu ziyarət etmisiz?
- O, mənim yanıma gəlməyib, mən də getmirəm. Hər şey qarşılıqlıdır. Ona iki stend qoyulubsa, məndə beşidir.