Topaz Premyer Liqasının 17-ci turunda "Zirə" ilə heç-heçə (1:1) edən "Neftçi"nin futbolçusu Lukas Qomes oyundan sonra jurnalistlərin suallarını cavablardırıb:
Sportnet.az-ın məlumatına görə o, öncə oyun haqda danışıb:
- Əvvəldən sona kimi yaxşı oyun sərgilədik. Birinci qolu vurandan sonra ikincini də vurmaq istəyirdik. Həmin an rəqib qapımıza yol tapdı. Bərabərlik qolunu vurdu. Rəqibin 90 dəqiqə ərzində yaratdığı yeganə təhlükəli epizod qolla nəticələndi. Oyun ərzində isə rəqibdən üstün oynadıq.
- Bu oyunda "Neftçi”nin 2 xal itirdiyini demək olar?
- Əlbəttə. Biz hər oyuna qələbə üçün çıxırıq. Bu gün həm də evdə oynayırdıq. Qələbəni çox istəyirdik. Azarkeşləri sevindirmək istəyirdik. 2 xal itirdik.
- Oyun ərzində passiv oynadın. Komandaya tam uyğunlaşmamısan?
- Bu gün tək hücumçu kimi çıxış edirdim. Qol vurmağı da çox istəyirdim. Rəqib isə yaxşı müdafiə olunurdu. Mən qara işi görməliydim. Hərəkətlərimlə komanda yoldaşlarıma boş zonalar açırdım. 3 oyun keçib. Bununla kifayətlənmirəm. Üzülmürəm. Öz üzərimdə daha çox çalışacam və növbəti matçlarda komandaya daha çox xeyir verməcəyimi fikirləşirəm.
- Mətbuatda xəbərlər yayıldı ki, "Neftçi”də əcnəbi futbolçuları videolentə baxıb seçirlər. Səni də elə seçiblər?
- Məni belə hallar maraqlandırmır.
- Bu komandaya keçidin necə baş tutub?
- Hamının öz düşüncəsi var. Hamının fikirinə hörmətlə yanaşıram. Komanda mənim menecerimlə əlaqə qurub. Mənə gələn təklifi düşünüb, qəbul etdim.
- Mövsümün sonuna az qalıb. Qol vuracağına ümid edirsən?
- Oynadığım klublarda qol vuracağıma söz verməmişəm. Sona qədər mübarizə aparacağıma söz vermişəm. Çalışacam ki, xeyirli olum.