1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "İndi klub prezidenti yetişdiririk"
"Oyundan əvvəl heç-heçə fikri yox idi. İnanın səmimiyyətimə, həftə ərzində yalnız qələbə haqda düşünürdük. Fikrimiz əks-hücumlarla qələbə idi. Bu gün bir xal qazandıq, özü sə layiqli xal. Bəlkə qorxaq oyun sərgilədiyimizi düşünə bilərsiniz. Amma məşqlərdə hər xırda məqamadək tapşırıq vermişdik. Sonadək konsentrasiyanı saxladıq".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Kamran Quliyevlə Ceyhun Sultanovsuz vəziyyət necədi?
- Əvvəllər bilirdik ki, otaqları ordadır. Gəlib məşq edib gedirdilər. Çalışırıq ki, yoxluqlarını hiss etdirməyək. Sadəcə, əvvəllər futbolçuları motivasiya edirdilər ki, milliyə düşün, indi biz klub prezidentini həvəsləndiririk ki, başqa klublara getsinlər.
- Fərhad Vəliyevə nə qədər vaxt lazım idi ki, həyəcanını boğsun?
- Bilmirəm həyəcandandı, yoxsa yaşdandır. Bu gün hər ikisindən var idi.
- Rail Məlikovun ehtiyatda qalması nə ilə əlaqədar idi?
- Zədəsi yox idi. Sadəcə, rəqibin sürətli oyununa görə Bəhlul Mustafazadəyə şans verdik.
- Azarkeşlə Rəşad Sadıqov arasındakı problem nədən irəli gəlirdi?
- Rəşad Sadıqov Azərbaycanın simvoludur. Ona hər hansı pis söz yaraşmaz. Ona görə azarkeşə çəp-çəp baxdım.