Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, İngiltərədə təşkil olunmuş hər iki qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Tottenhem" və İtaliyanın "Yuventus" komandalarının dueli gərgin mübarizə şəraitində keçib. İlk görüşdən 2:2 hesablı heç-heçə ilə ayrılan londonlular ev oyununda da ilk yarıdan sonra öndə olublar. Lakin fasilədən sonra turinlilər 2 qol vuraraq, iki oyunun yekununda mərhələ adlayıblar.
İsveçrə "Bazel"i də səfərdə "Mançester Siti"yə eyni hesabla qalib gəlib. Lakin ilk görüşdə "şəhərlilər" səfərdən 4:0 hesablı qələbə ilə ayrıldıqları üçün 1/4 finala adlamağı bacarıblar. Xosep Qvardiolanın baş məşqçi olduğu komanda "Liverpul"dan sonra növbəti mərhələyə yüksələn ikinci İngiltərə komandası olub. 8 ən güclü kollektiv arasına çıxan daha bir klub isə İspaniya "Real Madrid"idir.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
23:45. "Tottenhem" (İngiltərə) – "Yuventus” (İtaliya) - 1:2
Qollar: Hyunq Min-Son, 39 - Qonsalo İquain, 64. Paulo Dibala, 67
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 2:2
23:45. "Mançester Siti” (İngiltərə) – "Bazel” (İsveçrə) - 1:2
Qollar: Qabriel Xesus, 8 - Mohammed Elyunisi, 17. Mixael Lanq, 71
Baş hakim: Pavel Kralovets (Çexiya)
İlk oyun – 4:0
Qeyd edək ki, 1/8 final mərhələsinin daha 4 cavab görüşü 13-14 martda keçiriləcək.