"Sumqayıt” komandası Topaz Premyer Liqasının XIX turunda qarşılaşacağı "Səbail”lə matçın hazırlıqlarına start verib.
Sportnet.az xəbər verir ki, "gənclik şəhəri" komandası baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena”da məşqə çıxıb. Xəstə olduğu üçün ötən turu buraxan Rəşad Eyyubov tam sağalaraq komanda ilə birgə çalışıb.
1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, martın 11-də "Bayıl Arena"da keçiriləcək "Səbail” – "Sumqayıt” qarşılaşması saat 17:00-da başlanacaq və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.