"Neftçi" ilə derbini zədə səbəbindən buraxan "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun İtaliya "İnter"i ilə oyunda meydana çıxıb-çıxmayacağına həkimlər sabah aydınlıq gətirəcəklər. Sportnet.az-ın məlumatına görə, milli komandanın kapitanı bir neçə gün hazırlıqlardan kənar qalsa da, komanda ilə birgə Apennin yarımadasına yollanıb.
Sadıqov Milana gedəndən sonra fizioterapevt nəzarətində çalışmalara başlayıb. Ağdamlıların ilk məşqində kapitan yenə də fizioterapevt nəzarətində məşqə edib.
Sadıqov Milana gedəndən sonra fizioterapevt nəzarətində çalışmalara başlayıb. Ağdamlıların ilk məşqində kapitan yenə də fizioterapevt nəzarətində məşqə edib.
Həkimlər briqadası təcrübəli futbolçunun Milan klubu ilə matçda meydana çıxıb-çıxmayacağını oyunöncəsi sonuncu məşqə qədər bildirəcəklər. Qeyd edək ki, zədə səbəbindən Çumbinyo ilə Dias da uzun müddət "Qarabağ"a kömək edə bilməyəcəklər.