Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən klubların bəziləri bu gün yoldaşlıq görüşündə qüvvələrini sınayıblar.
Sportnet.az-ın məlumatına görə, turnir cədvəlinin lideri "Qarabağ" "Azərsun Arena"da "Sumqayıt"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Hər 3 qol ikinci hissədə vurulub. Ağdam komandasının ilk qolunu təcrübəli Pedro Enrike vurubsa, qələbə topuna gənc Ruslan Hacıyev sonuncu dəqiqədə imza atıb. Qonaq komandadan isə zədədən sonra formasını bərpa edən Elnur Abdullayev fərqlənib.
"Qəbələ" isə "Bakı" klubunun Təlim-Məşq Bazasında "Keşlə"ni sınağa çəkib. Tərəflərin səylərinə baxmayaraq, oyun qolsuz tamamlanıb.
Yoxlama oyunları
15:00 "Qəbələ" - "Keşlə" - 0:0
"Qəbələ": Dmitri Bezotosnı, İlqar Qurbanov, Voyislav Stankoviç, Vitali Vernidub, Təmkin Xəlilzadə, Dion Malon, Cavid Hüseynov (k), Filip Ozobiç, Stiven Monroz, Baqali Dabo, Famussa Kone.
"Keşlə": Orxan Sadıqlı, Denis Silva, Adrian Skarlatake, Tərlan Quliyev, Fuad Bayramov, Vaqif Cavadov, Slavik Alxasov, Sezar Meza Kolli, Pərzis Fərcad-Azad, Andre Klennon, Sohna Ebrima
17:00 "Qarabağ" - "Sumqayıt" - 2:1
Qollar: Pedro Enrike, 68. Ruslan Hacıyev, 90 - Elnur Abdullayev, 75