Dünyanın futbol meydanlarında daha 3 yoldaşlıq görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycanla eyni qrupda yer alan Farer adaları yığması Lixtenşteyni qəbul edib. 
Görüş ada-dövlətin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 12-ci dəqiqədə Kay Bartalstovu açıb. 80-ci dəqiqədə Klemint Olsen, 85-ci dəqiqədə Sonni Raqnar Nattestad fərqlənib. Bu oyunu yığmamızın məşqçisi Elçin Rəhmanov da izləyib. 
İyunun 9-da yoldaşlıq görüşündə Azərbaycan millisini qəbul edəcək Latviya isə səfərdə Cəbəllütariqə uduzub - 0:1.   
Nəhayət, Kamerun səfərdə Küveytə qalib gəlib - 3:1. 









                 





    
    
    
    
    
    
    
    
    





















































