1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev: "Üstün tərəf biz idik"
"Qələbə qazanmaq istəyirdik. Rəqibin bir neçə futbolçusu güclü klublarda çıxış etsə də, vacib olan komanda şəklində bir-birini anlamaq, başa düşməkdir. Bu oyunda hər iki qol penalti zərbəsindən vuruldu".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının kapitanı Kamran Ağayev Türkiyənin Antalya bölgəsində Makedoniya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib. 32 yaşlı qapıçı millimizin üstün tərəf olduğunu bildirib: "Xüsusilə də, ikinci hissədə onlara real qol epizodu yaratmaq imkanı vermədik. Əvəzində biz yaxşı oynadıq, hətta hesabı artırmağa da yaxın olduq. Yoldaşlıq oyunu olsa belə, meydana ancaq qələbə qazanmaq üçün çıxmışdıq. Çünki oyunun statusundan asılı olmayaraq, ölkəmizi təmsil edirik”.