1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erməni baş məşqçiyə diri xoruz atdılar - FOTO - VİDEO
Rusiyanın "Luç-Energiya" futbol komandasının baş məşqçisi Aleksandr Qriqoryana oyun vaxtı diri xoruz atılıb.
Sportnet.az-ın məlumatına görə, hadisə I Divizionda XXXIII turun "Fakel" komandası ilə səfər qarşılaşmasında baş verib. Erməni baş məşqçini aşağılayan şəxsin Vladivostok komandasının azarkeşi olduğu bildirilir. Qriqoryanla münaqişədə olan həmin şəxs tutularaq, stadiondan çıxarılıb. Baş məşqçi isə özünü piss hiss etdiyi üçün oyunsonrası mətbuat konfransına qatılmayıb.
Qriqoryan vladivostoklu fanatlarla bir müddətdir problem yaşayır. Azarkeşlər oyun zamanı onun ünvanına "xoruz" deyə qışqırır və təhqiredici yapışqanlardan istifadə edirlər.
Qeyd edək ki, Voronejdə keçirilmiş görüş "Fakel"in qələbəsi ilə yekunlaşıb - 3:1. Meydan sahiblərinin heyətində qış fasiləsinədək azərbaycanlı yarımmüdafiəçi Samir Məsimov da çıxış edib. Lakin o, fevralda transferə çıxarılıb.