"Azərbaycan
xalqının bayramını təbrik edirəm. Azərbaycan prezidenti İlham Əliyevə ölkəmin bə
komandamın yanında olduğu üçün minnətdaram. Türk dünyasının bir parçası kimi Azərbaycan
adını daşımaqdan qürur duyuram”.
Sportnet.az-ın məlumatına görə bunu İspaniyanın "Atletiko” klubu və Türkiyə
milli komadasının futbolçusu Arda Turan Madrid
təmsilçisinin çempionluq Kubokunun Bakıda təşkil edilən təqdimetmə mərasimində
deyib.
O, komandadan ayrılacağı və İngiltərənin "Mançester Yunayted” klubuna
keçəcəyi barədə xəbərlərə də münasibət bildirib: "Mənim "Atletiko” ilə 2017-ci
ilə qədər müqaviləm var. Özümü ailəmin içindəki kimi hiss edirəm”. Türkiyəli
futbolçu "Real”a qarşı Çempionlar Liqasının finalında oynamaması barədə suala isə
belə cavab verib: "Biz "Atletiko”yuq. Bizdə heç vaxt fərdlər önəmli olmayıb. Həmin
gün verilməsi lazım olan qərar qəbul olundu”.
"İspaniya Superkubokunu qazansanız meydana Türkiyə və Azərbaycan bayrağı ilə çıxacaqsınızmı”, - sualına Arda "Biz bir millət - iki dövlətik. Bu, bizim birgə şuarımızdır. Tək Kubok qazandıqda deyil, hər fürsətdə Azərbaycan bayrağını daşımaqdan qürur duyuram”, - cavabını verib.