1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Atletiko"nun prezidenti: "Nə deyilirsə, hamısı şayiədir"
"28 may Respublika günündə La Liqa Kubokunu ölkənizdə təqdim etmək bizim üçün böyük fəxrdir". Sportnet.az-ın məlumatına görə, bunu "Four Season" otelində keçirilən mətbuat konfransında İspaniya "Atletiko"sunun prezidenti Enrike Serezo deyib.
O, Azərbaycanı dünya arenasında təmsil etməkdən qürur duyduqlarını bildirərək, əməkdaşlıq qarşılığında ölkəmizə minnətdarlığını bildirib. Serezo ölkəmizi dünyaya tanıtmaq üçün hər şey etdiklərini açıqlayıb: "2013-2014-cü il mövsümündə mükəmməl mövsüm keçirdik, 3 mükafat uğrunda mübarizə apardıq. Bütün oyunçular, məşqçilər və rəhbərliyə minnətdaram".
Klub prezidenti "Real Madrid"lə Çempionlar Liqasının final matçı barədə də danışıb. O, kuboku qazanmağa bəxt amilinin imkan vermədiyini söyləyib: "Bununla belə, İspaniya çempionu olduq. La Liqanın qalibi olmaq çox çətin işdir. Eləcə də Çempionlar Liqasının finalına çıxmaq böyük uğurdur. Siz də bu uğurun bir parçasısınız. La Liqa kubokunu bura gətirdiyimiz üçün şadıq".
Ötən illə müqayisədə "Atletiko"nun tam tərkibdə Bakıya gəlmədiyini deyən Serezo çox sıx qrafikdə çalışdıqlarını və ağır, məsuliyyətli mövsümdən sonra futbolçuların istirahətə ehtiyaclarının olduğunu bildirib: "Biz bura bütün heyətlə gəlmək istərdik. Elə futbolçuların özləri də bunu arzulayırdılar. Çünki onların heç biri ötənilki qəbulu unutmayıblar. İndi isə futbolçularımızdan çoxu qısa istirahətdən sonra milli komandaların düşərgəsində olmalıdır. Bununla belə, nə zaman istəsəniz, sizinlə birgə olmağa hazırdırlar".
Klub prezidenti növbəti mövsümdə hazırkı heyəti qorumaq niyyətində olduqlarını da açıqlayıb: "Bizim mükəmməl oyunçularımız var. Növbəti mövsümə də bu heyətlə başlamaq fikrindəyik. Futbolçularımızın başqa klublara keçəcəklərinə dair nə deyilirsə, hamısı şayiədir. Çünki "Atletiko" gələn mövsümə də yaxşı hazırlaşmağı düşünür və daha yaxşı çıxış etmək fikrindədir".
Qeyd edək ki, tədbir zamanı "Atletiko"nun çempionluq kuboku konfrans zalına gətirilib və fəxri mükafatla xatirə şəkli çəkdirilib. Tədbir təkcə 28 may Respublika gününə təsadüf etməyib. Ötən gün "Atletiko”nun baş direktoru Migel Anxel Xil Marinin də ad günü olub. Onun şərəfinə hazırlanmış xüsusi tort kəsilib və hamı birlikdə onu təbrik edib.