
21 yaşlı Argentinalı forvard bildirib ki, əgər komandası gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmasa, "nerazzuri"lərdən ayrılacaq.
Cari mövsüm "İnter"in heyətində iştirak etdiyi 8 rəsmi matçda 4 qol vuran İkardi sonuncu dəfə məhz "Qarabağ"la oyunda fərqlənib. O, görüşün 85-ci dəqiqəsində komandasının 2:0 hesablı qələbəsini rəsmiləşdirib.