1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Liverpul" "Barselona" və "Real Madrid"in rekordlarını yenilədi
İngiltərənin "Liverpul" klubu bir mövsümdə vurulan qol sayında avrokubok rekordu yeniləyib.
Sportnet.az-ın məlumatına görə, həmin topun müəllifi İtaliyada "Roma" ilə Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab görüşünün 25-ci dəqiqəsində fərqlənən Jorjinyo Veynaldum olub. O, son 14 qarşılaşmada komandasının 46-cı qolunu vurub. Bu göstərici isə təkcə ÇL-də deyil, bütün avrokubok turnirləri üçün rekorddur. Əvvəlki məhsuldarlıq rekordu İspaniya "Barselona"sına məxsus olub. Kataloniya komandası 1999-2000 mövsümündə ÇL-də 16 oyuna 45 qol vurub.
Digər tərəfdən, "Liverpul"un Sadio Mane, Roberto Firmino və Məhəmməd Salahdan ibarət hücum "trio"su 29 qolla ÇL-in məhsuldarlıq rekordunu müəyyənləşdirib. Cavab görüşündə ilk topun müəllifi olan Mane aktivindəki qolların sayını 9-a çatdırıb. Firmino və Salah isə hərəyə 10 dəfə fərqlənib. Daha əvvəl bu rekord "Real Madrid"in Kriştianu Ronaldu, Kərim Benzema və Qaret Beyldən ibarət "üçlüy"ünə məxsus olub. Onlar 2013-2014 mövsümündə üst-üstə 28 qol vurublar.