1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bunu yalnız belə güclü rəqiblərlə qarşılaşaraq edə bilərik”
"Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Dünənki ağır oyundan sonra futbolçularımın xarakter nümayiş etdirdiyinin şahidi oldum”.
Sportnet.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Vüqar Məmməd Slovakiyada təşkil edilən beynəlxalq turnirdə Uels millisi üzərində 3:0 hesablı qələbəni şərh edərkən deyib.
O, bildirib ki, həm ötən oyunda, həm də bu qarşılaşmada futbolçuların hamısına şans verib: "Heyətdəki oyunçuların hər birinə güvənirəm. Amma hələ çox işimiz var, dayanmadan çalışmalıyıq. Bir daha təkrar edirəm, ustalıq səviyyəmizi artırmalıyıq. Bunu yalnız belə güclü rəqiblərlə qarşılaşaraq edə bilərik”.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Macarıstana 0:1 hesabı ilə uduzub.