Türkiyənin "Qalatasaray” klubu futbolçusu Səlçuk
İnanla müqaviləni yeniləyib. Sportnet.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi
saytı məlumat yayıb.
İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçinin 2016-cı
ildə başa çatacaq müqaviləsini daha 3 il uzadıb. Bununla da İnan 2019-cu ilin
yayına qədər "sarı-qırmızılar”ın şərəfini qoruyacaq.
Səlçuk 2014-2015 mövsümü üçün 2 milyon 750 min, 2015-2016 mövsümü üçün 2 milyon 800 min, 2016-2017 mövsümü üçün 2 milyon 850 min, 2017-2018 mövsümü üçün 2 milyon 900 min və 2018-2019 mövsümü üçün 2 milyon 950 min avro maaş alacaq. Bundan əlavə, ona hər iştirak etdiyi oyuna görə 25 min avro mükafat veriləcək.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan təcrübəli futbolçu 2011-ci ildə digər Superliqa təmsilçisi "Trabzonspor”dan "Qalatasaray”a keçib.