AFFA prezidenti Rövnəq Abdullayev "Keşlə" və "Qəbələ" komandaları arasındakı Azərbaycan Kubokunun final matçını izləməyə gəlib.
Sportnet.az-ın Qəbələ şəhər stadionundakı əməkdaşının məlumatına görə, R.Abdullayev oyunu baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, "Keşlə"nin prezidenti Zaur Axundov və "Qəbələ"nin prezidenti Tale Heydərovla birgə izləyir.
Görüş saat 20:00-da başlanacaq.