
"Azarkeşə kubok lazım idi ki, onu da əldə edə bilmədik. Onların narazılıqlarını normal qəbul edirəm”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan Kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib. Klub rəsmisi bildirib ki, komandanın gələcək strategiyasında dəyişiklik baş verməyəcək: "Bizim strategiyalarımız əvvəlcədən müəyyənləşdirilmişdi. Ona görə bu oyunun gələcək planlarımıza bir dəxli olmayacaq”.
Nəcəfov baş məşqçi Roman Qriqorçuk haqqında danışarkən onun gedəcəyini də təsdiqləyib: "Qriqorçuk haqqında sabah qərar verəcəyik, amma əgər özü gedəcəyini deyibsə, deməli gedəcək”.
Klub rəsmisi yeni baş məşqçinin hələlik məlum olmadığını da sözlərinə əlavə edib.
Sonda Nəcəfov azarkeşlərdən üzr istəyib.