Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İspaniyanın "Real Madrid" klubunda qalması üçün şərtini irəli sürüb.
Sportnet.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu maaşının 4 dəfə artırılmasını tələb edib. 2021-ci ildə başa çatan hazırkı anlaşmaya əsasən, Ronaldu ildə 21 milyon avro qazanır. O, öz agenti Jorje Mendeşdən xahiş edib ki, ildə 80 milyon istədiyini klub prezidenti Florentino Peresə çatdırsın. Üstəlik, təcrübəli forvard ən azı 3 illik müqaviləyə razılaşacağını vurğulayıb. Beləliklə, yeni sözləşmə "kral klubu"na 240 milyon avroya başa gələ bilər.
Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"dən gedişinin mümkünlüyünə İngiltərə "Liverpul"unu 3:1 hesabı ilə yendikləri Çempionlar Liqasının final matçından sonra işarə vurub. Onun xidmətində ilinə 45 milyon avro təklif edən Fransa PSJ-si maraqlıdır.