"Keşlə”, "Qəbələ” və "Neftçi”nin bütün potensial rəqibləri – siyahı
2018/2019 mövsümündə "Keşlə”, "Qəbələ” və "Neftçi”nin Avropa Liqasının ilk 2 təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. Sportnet.az xəbər verir ki, I təsnifat mərhələsində Azərbaycanın hər 3 klubu "səpələnmişlər” səbətinə düşüb. Bu isə o deməkdir ki, ilk mərhələdə rəqiblər nisbətən zəif komandalar olacaq.
Ümumilikdə "səpələnmişlər” və "səpələnməmişlər” səbəbində hər birində 47 olmaqla ümumilikdə 94 komanda yer alıb.
Azərbaycan klublarının potensial rəqibləri:
«Vаduts» (Lixtenşteyn), «Levadiya» (Estoniya), «Milsami» (Moldova), «Stuarnan» (İslandiya), «Birkirkara» (Malta), «Ferensvaroş» (Macarıstan), «Kliftonvill» (Şimali İrlandiya), «Dunayska Sreda » (Slovakiya), «Buduçnost» (Çernoqoriya), «Şiroki Briyeq» (Bosniya və Herseovina), «Partizani» (Albaniya), «Çixuta» (Gürcüstan), «Zarya» (Moldova), «Petrokub» (Moldova), «Trakai» (Litva), «Lyuftetari» (Albaniya), «Luaçi» (Albaniya), «Vestmannayuar» (İslandiya), «Uypeşt» (Macarıstan), «Hоnved» (Macarıstan), «Liepaya» (Latviya), «Avropa» (Cəbəllütariq), «Torchanv» (Farer adaları), «Şkupi» (Makedoniya), «İlves» (Finlandiya), «KuPS» (Finlandiya), «Laxti» (Finlandiya), «Derri Siti» (İrlandiya), «Şemrok Rovers» (İrlandiya), «Samtredia» (Gürcüstan), «Folqore» (San-Marino), «Riqa» (Latviya), «Trans» (Estoniya), «Stumbras» (Litva), «Bala Taun» (Uels), «OFK» (Çernoqoriya), «Baltsan» (Malta), «Qzira Yunayted » (Malta), «Proqres» (Lüksemburq), «Rasinq Yunion» (Lüksemburq), «Qlenavon» (Şimali İrlandiya), «Kolreyn» (Şimali İrlandiya), «Konna `sKuay» (Uels), «Runavik» (Farer adaları).
Yarışın püşkatması iyunun 19-da təşkil olunacaq. Birinci mərhələsinin oyunları isə iyulun 12-si, cavab görüşləri iyulun 19-u keçiriləcək.