1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yuri Maksimov: "Vəziyyət elə də yaxşı deyil" - MÜSAHİBƏ
"Keşlə” komandasının ukrayanlı baş məşqçisi Yuri Maksimov vətənində ua-football.com saytının suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Dekabrda komandaya dəvət olunan zaman qarşınıza hansı məqsədlər qoyulmuşdu?
- Tapşırıq avrokuboklara düşmək idi. Tərəfimdən isə qarşıya qoyulan məqsədə nail olmaq üçün komandaya keyfiyyətli futbolçuların dəvət edilməsi şərti qoyulmuşdu. Avropa Liqasına vəsiqə qazanmışıqsa, demək, tapşırıq qismən yerinə yetirilib.
- Azərbaycan Kubokunun finalında "Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdiyiniz görüş barədə danışardınız...
- Hesab edin ki, finalı səfərdə udduq. "Qəbələ” bizi öz meydanında qəbul etdiyi üçün üstünlüyə malik idi. Onlar öz azarkeşlərinin güclü dəstəyi altında oynayırdılar. "Qəbələ” üçün kubokda qalib gəlmək prestij məsələsi idi. Ancaq biz də özümüzü sübut etmək istəyirdik və bunu da bacardıq. Finala düşmək çətin, həlledici matçda oynamaq daha asan idi. Çünki həlledici görüşdə futbolçular özlərini rahat hiss edirdilər. Bizim üçün "Sumqayıt”la yarımfinal görüşləri çətin oldu. Evdə 1:0 hesabı ilə qalib gəldik. Səfərdə isə 1:1-lik heç-heçə etdik. Bu qarşılaşmalarda bizə Sezar Meza Kollinin qolları kömək etdi. Həmin qolların sayəsində finala çıxdıq. Sezar paraqvaylıdır, daha əvvəl "İnter”də ("Keşlə”nin əvvəlki adı – red.) çıxış edib. O, 6 aya yaxın idi oynamırdı və agentlər vasitəsilə komandaya dəvət etdik. Sezar da özünü göstərdi. Bu, axtardığın futbolçunun özünü doğrultmasıdır.
- Gələcək üçün hansı planlar var: Klub müqavilənin müddətini uzatmağı tələb edib?
- Rəhbərlik müqaviləni 2 il müddətinə uzatmaq istəyir. İlkin razılıq vermişəm.Bir şərtlə ki, komandada olan futbolçuların da müqavilələri uzadılacaq. Hətta heyəti bir qədər də gücləndirmək olar. İyunun 20-də Bakıya gedib, danışacağam. Həmin vaxt son qərar veriləcək.
- Klubun idman infrastrukturunun səviyyəsi necədir?
- Baza və stadion bir yerdədir (gülür). Məşq və əsas oyun meydanımız süni örtüklüdür. Vəziyyət elə də yaxşı deyil. Futbolçular bu cür ot örtüyündə çox zədə alırlar. Premyer Liqanın 8 klubundan 4-ü süni meydanda oynayır. Bu, isti iqlimə malik olan ölkə üçün böyük minusdur. Amma çempionat çox maraqlıdır. Asan oyunlar yoxdur ki, bu da ən önəmlisidir. 8 komanda 4 dövrəlik çempionatda mübarizə ararır və istənilən kollektiv sürpriz edə bilər.