Futbol meydanlarında növbəti yoldaşlıq görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, Rusiyadakı dünya çempionatına qatıla bilməyən İtaliya və Hollandiya yığmalarının qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. Turində təşkil olunmuş qarşılaşmada meydan sahiblərindən 67-ci dəqiqədə Simone Zaza, qonaqlardan 88-ci dəqiqədə Natan Ake fərqlənib. Rusiyalı referi Vladislav Bezborodov 69-cu dəqiqədə italiyalı futbolçu Domeniko Krişitonu meydandan qovub.
Ermənistan - Moldova görüşündə də qalib müəyyənləşməyib - 0:0. Ötən mövsümü "Zirə"də keçirmiş Aleksandr Dedov və "Səbail"də oynamış Yevgeni Koçuk Moldova millisinin start heyətində yer alıb. Koçuk 55-ci, Dedov 87-ci dəqiqədə əvəzlənib.
Bundan başqa Mərakeş Slovakiyanı 2:1, Çili isə Serbiyanı 1:0 hesabı ilə yenib.







































































