1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zlatan da Rusiyada olmalı idi, amma olmayacaq"
ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviç İsveç millisi ilə dünya çempionatında iştirak etməyəcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportnet.az-ın "Futbol İtalia"ya istinadən verdiyi məlumata görə, 37 yaşlı hücumçu heyətə daxil edilməməsində İsveç mediasını günahlandırıb. Onun fikrincə, milliyyətcə isveçli olmaması yerli jurnalistlərdə qısqanclıq yaradıb: "İsveç mediasının mentaliteti belədir. Adım tipik İsveç adı deyil. Tipik İsveç davranış və xarakteri də məndə yoxdur. Amma milli komandanın rekordu hələ də mənə məxsusdur. Dünya çempionatını futbolun ən böyük bayramı hesab edirəm. Bütün yaxşı futbolçular orada oynayırlar. Zlatan da Rusiyada olmalı idi, amma olmayacaq".
İbrahimoviç müxtəlif klublarda uğurlar qazandığını xatırladaraq, "Mən komanda üçün oynaya bilmirəmsə, bu mükafatları necə qazanmışam? İnanın, bunu necə etdiyimi bilirəm. Özü də yaxşı bacarıram".
Qeyd edək ki, Zlatan İbrahimoviç əvvəllər Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", İnter" və "Milan", İspaniyanın "Barselona" və İngiltərənin "Mançester Yunayted" komandalarında müxtəlif titullar qazanıb.