"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordin klubla yaxından tanışlığa başlayıb.
Sportnet.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis təqdimat mərasiminin ardından komandanın ev oyunlarını keçirdiyi "Bakcell Arena"da və İsmət Qayıbov adına Təlim-Məşq Bazasında olub. Günün sonra isə italiyalı baş məşqçi "Dalğa Arena"da Azərbaycan və Macarıstanın 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçirilmiş yoldaşlıq görüşünü izləyib. 3:3 hesabı ilə yekunlaşan qarşılaşmada son qolu məhz "Neftçi"nin futbolçusu Anton Krivotsyuk vurub. Krivotsyuk həm də ikinci qolun vurulmasına səbəb olan epizodda penalti qazanıb.
Qeyd edək ki, tanışlıq prosesində klub prezidenti Kamran Quliyevlə idman direktoru Ceyhun Sultanov da iştirak edib.